İkinci Dünya müharibəsi iştirakçısı İsmayıllıdan Prezidentə təşəkkür edib
İsmayıllı rayonunun Tircan kəndində yaşayan 96 yaşlı Babakişi Fətullayev İkinci Dünya müharibəsi Qələbəsinin 75-ci ildönümü ilə əlaqədar alacağı birdəfəlik yardıma görə möhtərəm Prezident İlham Əliyevə videomüraciət edib, təşəkkürünü bildirib.
Aprelin 24-də ölkə başçısı tərəfindən imzalanmış sərəncama əsasən, 1941–1945-ci illərdə müharibədə iştirak etmiş, o cümlədən həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər üçün birdəfəlik yardım nəzərdə tutulur. Bu, qeyd olunan kateqoriyalara aid vətəndaşlar, o cümlədən İsmayıllının 118 sakini üzərində xüsusi dövlət qayğısı və diqqətinin bariz nümunəsidir.
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılan birdəfəlik yardım müharibədə iştirak etmiş şəxslər üçün 1500, digər kateqoriyalar üzrə isə 750 manat təşkil edir. İsmayıllıda birinci kateqoriyaya aid 4, digər kateqoriyalar üzrə isə ümumən 114 vətəndaş yaşayır.