İsmayıllı sakini evinin həyətində hər il 800 kiloqram üzüm yetişdirir, satışa çıxarır, ehtiyaclarını ödəyir - VİDEO
30 aprel 2020 | 16:00
İsmayıllı sakini evinin həyətində hər il 800 kiloqram üzüm yetişdirir, satışa çıxarır, ehtiyaclarını ödəyir
Minarə Şirəliyeva Hacıhətəmli kəndinin sakinidir. O, koronavirus pandemiyası səbəbindən tətbiq olunan karantin dövründə evdən bayıra çıxmamağa çalışır, hətta günlərini səmərəli keçirərək təsərrüfatla məşğul olur. Evinin həyətində üzüm bağı salıb və hər il 800 kiloqrama yaxın məhsul götürür, kənd sakinlərinə sataraq maddi qazanc əldə edir. Qazandığı pulla ailəsinin ehtiyaclarını ödəyir.
M.Şirəliyevanın videoreportajını təqdim edirik: