Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndində) səyyar görüş – qəbul

12 sentyabr 2013 | 15:00

11 sentyabr tarixində İsmayıllı şəhərinin Aşağıbaş hissəsində  sakinlərlə sosial problemlərin öyrənilməsi və  həlli istiqamətində görüş keçirilib.
Kənd sakinləri ilə görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla yanaşı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərləri də iştirak ediblər. Görüşdə ərazinin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub. Çıxış edənlər ölkədə və rayonda həyata keçirilən iqtisadi inkişaf kursunu dəstəklədiklərini, rayonda görülən quruculuq-abadlıq işlərindən razılıqlarını bildirib,  prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini ifadə ediblər.
Sosial qayğılardan soz açan sakinlər kənd yollarının təmir edilməsinə, həmçinin elektrik dirəklərinin dəyişdirilməsinə, məktəb yollarına çınqıl döşənməsinə,  Əyriçay üzərində körpünün qurulmasına  ehtiyac olduğunu diqqətə çatdırıblar.
Görüşdə çıxış edən İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov əldə olunan nailiyyətləri diqqətə çatdırmaqla bu uğurların Heydər Əliyev siyasi kursunun məntiqi nəticələri olduğunu bildirib. O həmçinin bu siyasətin uğurla davam etdirildiyini söyləyib.
Başçı son vaxtlar rayonda baş verən  müsbət dəyişikliklərdən razılığını bildirib, sakinlərin  qayğıları və  görüşdə qaldırılan problemlərin həlli ilə əlaqədar göstərişlər verib.
Sonda sakinlər onları narahat edən problemlərin həllində göstərilən dəstək və diqqətə  görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər