İsmayıllı sakini 25 arı ailəsini 100-ə çatdırmaq istəyir - VİDEO
30 aprel 2020 | 16:00
İsmayıllı sakini 25 arı ailəsini 100-ə çatdırmaq istəyir
İsmayıllı rayon Tircan kənd sakini Əliyar Məmmədov hər il 25 arı qutusundan 200 kiloqram bal götürür, əldə etdiyi qazancla ailəsinin yüksək rifahını təmin edir. Arı ailələrinin 24-ü Boz Qafqaz, biri isə Almaniya cinsidir. O, dövlət tərəfindən verilmiş subsidiyalar vasitəsi ilə təsərrüfatını təkmilləşdirib. Yeşiklərin sayını 100-ə çatdırmaq üçün Kənd Tərsərrüfatı Nazirliyi yanında İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən nəzərdə tutulan 15 min manat kredit almaq niyyətindədir.
Ətraflı məlumatı videoreportajda təqdim edirik: