Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il İsmayıllıda daha çox barama istehsalı gözlənilir

07 may 2020 | 16:00

İsmayıllıda əhaliyə barama qurdu paylanılıb. Tut ipəkqurdları Kәnd Tәsәrrüfatı Nazirliyinin İsmayıllı Dövlәt Aqrar İnkişaf Mәrkәzi vә yerli icra hakimiyyәtinin tәşkilatçılığı ilә 180 qutuda rayonun 29 inzibati ərazisinə çatdırılıb, bəslənmək üçün 51 kümçüyə təhvil verilib. Hər qutu 19 qramdır. Otuz gün bəsləndikdən sonra 1 qramdan 2 kiloqram yaş barama əldə olunması nəzərdə tutulur. Ötən il 150 qutudan 4 ton 205 kiloqram məhsul yetişdirildiyi halda bu il 7 tondan çox barama istehsal olunması gözlənilir.
Bunlardan əlavə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə son illər rayon ərazisində 37 min tut tingi əkilib. Builki qurdların 150 qutusu, həmçinin tinglərin 26 mini Çindən gətirilib, qalanları yerli növlərdir.
Bütün bu işlər ölkə rəhbərliyinin göstərişləri ilə, həmçinin Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilib. Təsərrüfatın bu növünә investisiyaların cəlb olunması istiqamətində işlər gedir ki, bu da Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında qarşıya qoyulan vəzifələrdən irəli gəlir. Əsas hədəf baramaçılığın inkişafına töhfə vermək, bu sahәni yeni keyfiyyət mərhələsinə yüksəltmәk və rayonda məşğulluğun artırılmasına nail olmaqdır.

Keçidlər