İsmayıllı rayonunda Böyük Vətən müharibəsi veteranları evlərində ziyarət olunub
Mәlum olduğu kimi, mayın 1-dә Prezidenti İlham Əliyev “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bununla әlaqәdar olaraq, bu bün İsmayıllıda müharibәnin 4 iştitakçısı evindә ziyarәt olunub, onlara sözügedәn medal tәqdim edilib, әrzaq sovqatları verilib. Tәdbir rayon icra hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi və rayonun veteranlar şurasının әmәkdaşlarının iştirakı ilə hәyata keçirilib.
Veteranlar qonaqlarla xatirələrini bölüşərək, azərbaycanlıların cəbhədə göstərdikləri qəhrəmanlıqlarından danışıblar. Onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edәk ki, 1941-1945-ci illərdə Azərbaycandan Sovet Ordusu sıralarına qatılmaq üçün 700 min nəfər cəbhəyə göndərilib. Onların 6525 nәfәri İsmayıllıdan olub ki, həmin şəxslərdən yalnız 5313 nәfәri sağ qayıdıb.
Xatırladaq ki, aprelin 24-də Prezident İlham Əliyev Qələbənin 75-ci ildönümü ilə əlaqədar bir sıra vətəndaşa birdəfəlik yardım üçün sərəncam imzalayıb. Rayonumuzun 118 sakininə də şamil olunan sənəddə Böyük Vәtәn müharibәsində iştirak etmiş, o cümlədən həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər nəzərdə tutulur. Vәsait müharibədə iştirak etmiş şəxslər üçün 1500, digər kateqoriyalar üzrə isə 750 manat təşkil edir. İsmayıllıda birinci kateqoriyaya aid 4 vətəndaş, digər kateqoriyalar üzrə isə ümumən 114 sakin yaşayır. Birdәfәlik yardım vәsaiti sözügedәn şәxslәrin bank hesablarına köçürülüb.