Korrupsiyaya qarşı mübarizə tədbirləri islahatların bir hissəsidir
Azərbaycanda möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə həyata keçirilən islahatlarda əsas məqsəd xalqımızın rifahının yaxşılaşdırılması, dövlətimizin dayaqlarının möhkəmləndirilməsi və inkişafıdır. Son dövrlər həyata keçirilən tədbirlər göstərir ki, islahatlar sosial-iqtisadi sahələrdən əlavə həm struktur dəyişikliklərini, həm də korrupsiyaya qarşı mübarizəni əhatə edir.
Cənab Prezident daim vurğulayır ki, dövlət qulluqçuları xalqın xidmətçiləri olmalıdırlar. Bütün tapşırıq və tövsiyələrində dövlət məmurlarına bildirir ki, hər zaman vətəndaşların yanında olun, onların qayğısına qalın, problemləri ilə maraqlanın. Belə olan halda həm dövlət həmdə xalq Sizdən razı qalar. Həmçinin bildirir ki, bunlara əməl etməyənlər, vəzifəsindən və statusundan asılı olmayaraq cəzalandırılacaqlar.
Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə korrupsiya və rüşvətxorluğa qarşı aparılan tədbirlər sosial statusundan asılı olmayaraq bütün cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Bu gün bütün sahələrdə görülən işlərə nəzarət edilir, dövlət malına, xalqın əmlakına göz dikənlər öz cəzalarını alırlar. Dövlət Təhlükəziliyi Xidmətinin Aqstafada, Nefçalada, Biləsuvarda, İmişlidə, Mədəniyyət Nazirliyində və digər dövlət orqanlarında apardığı ifşaedici tədbirlər aparılan siyasətin bariz nümunəsidir, korrupsiyaya qarşı daha sərt tədbirlərin icra ediləcəyinə işarədir.
Cənab Prezident yeni təyinat almış Baş prokuroru videoformatda qəbul edərkən bildirdi ki, bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Dövlətimizin başçısının bu çıxışı əsas tutularaq, bütün vəzifəli şəxslər cənab Prezidentin apardığı islahatlara dəstək verməli, üzərlərinə qoyulmuş vəzifələri dərk etməli, öz işlərində qanunu və qanunçuluğu əsas tutmalı, mənfi tendensiyalara imkan verməməli, rüşvət və korrupsiyadan uzaq durmalıdırlar”.
Bununla cənab Prezident kəskin şəkildə bildirdi ki, artıq geriyə yol yoxdur, islahatlar davam etməlidir, heç kəs buna mane ola bilməz.
Cünki və cəmiyyətin inkişafına yalnız mənəvi təmizliklə nail olmaq olar.
Eşitməyənlərin aqibəti bəllidir!