İlham Əliyev sübut etdi ki, təcrid tədbirləri də Azərbaycanın siyasi uğurlarının qarşısını ala bilməz.
Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunsa da hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.
Dünya dövlətləri tam təcrid siyasətini möhkəmləndirdiyi bir vaxtda Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə may ayının 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Dövlət başçımız bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı rolunu icra edir. Bütün Dünya mediası bu tədbirdən yazdı, Dünya rəsmiləri bu tədbirə görə ölkəmizin başçısına təşəkkür etdi.
Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmiş və Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşlar. 40-a yaxınölkənindövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.
Bu uğurlarla hər bir vətəndaş fəxr etməli, Ölkədə aparılan islahatlara əməli dəstək göstərməlidir.
Dövlətimizin beynəlxalq arenada artan nüfuzuna əməlləri ilə kölgə salacaq hərəkətlərə yol verməyə heç bir dövlət məmurunun haqqı yoxdur və bu hərəkətlərə yol verənlər layiqli cəzalarını alacaqdır.