Şriftin ölçüsü :

Saytın rəngi :

Leysanın fəsadları aradan qaldırılır

15 may 2020 | 16:00

Dünən İsmayıllıya yağmış leysanın dağ çaylarında yaratdığı sel Muğanlı-İsmayıllı yoluna çıxaraq avtomobillərin hərəkətində çətinliklər yaradıb. Mücü, Sulut, Kələzeyvə və Sərsurə kəndlərinə gedən yolun çay yatağından keçən hissəsini sel suları dağıdıb. Basqal qəsəbəsinin içməli su təsərrüfatına da ziyan dəyib.
Operativ tədbirlər nəticəsində Muğanlı-İsmayıllı yolunda hərəkət bərpa olunub. Leysan yağışlarının digər fəsadlarının aradan qaldırılması işləri bu gün davam etdirilib, kəndlərlə əlaqə bərpa olunub.

Keçidlər