Sakinlərin onlayn qəbulu keçirilib
21 may 2020 | 16:00
Bu gün İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov vətəndaşları onlayn qəbul edib. Rayon sakinləri canlı görüntü ilə müxtəlif sahələrdə qayğılarından bəhs ediblər. Məşğulluq, sosial yardım, enerji təchizatı, mənzil şəraitinin yaxşılaşdırılması, əmlak və digər məsələlər müraciətlərin əsas məzmununu təşkil edib.