Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllının təhsil sahəsinə yeni rəhbər təyin olunub

21 may 2020 | 16:00

İsmayıllı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub. Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə qurumun yeni rəhbəri Rövşən Əliyevdir. O, bu gün icra başçısı Nahid Bağırov tərəfindən kollektivə təqdim olunub.

R.Əliyev 1968-ci ildə Lahıc qəsəbəsində anadan olub, 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-informatika fakültəsini bitirib. Lahıc qəsəbə tam orta məktəbində fizika-informatika müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb.

Həmçinin, Prezident İlham Əliyevin sərəncamı ilə keçirilmiş 2009/2010 və 2014/2015-ci tədris illəri üzrə “Ən yaxşı müəllim” müsabiqələrinin qalibi olub, ölkə başçısının digər sərəncamı ilə 2013-cü ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Məktəblilər üçün 6-11-ci siniflər üzrə fizika dərsliklərinin həmmüəllifidir.

O, 2015-ci ildən bu günə qədər Lahıc bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Ailəlidir, 2 övladı var.

Keçidlər