Vətəndaşların onlayn qəbulu davam edir
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı mayın 22-də növbəti onlayn qəbul keçirib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və RİH-nin məsul işçiləri tərəfindən operativ olaraq araşdırılacağı bildirilib. Müraciətlərin əsas məzmunu məşğulluq və mənzil şəraitinin yaxşılaşdırılması olub.
Məlumat üçün bildiririk ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Respublika ərazisində virusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bütün dövlət orqanlarında qəbullar dayandırılıb. Cənab Prezident İlham Əliyevin ölkə vətəndaşlarının problemlərini diqqətdə saxlamaq və sağlamlıqlarının qorunması istiqamətində tövsiyə və tapşırıqlarına əsasən RİH başçısı tərəfindən vətəndaşlar onlayn qəbul edilir.