Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı sakini dövlət dəstəyini evində aldı

23 may 2020 | 16:00

İsmayıllı şəhər sakini, I qrup əlil İlham Dadaşova evində motorlu araba hədiyyə olunub. Belə ki, bu günlərdə rayon icra hakimiyyətinin başçısı əzələ xəstəliyindən əziyyət çəkən vətəndaşı videobağlantı vasitəsi ilə qəbul edib. Görüşün mövzusu rayon sakininin xəstəliyi barədə olub. Müalicənin gedişi və bu sahədə çətinliklərdən bəhs olunub. İ.Dadaşov elektron әlil arabasına ehtiyacı olduğunu deyib. Ona kömәklik göstәrilәcәyi bildirilib.

Virtual qəbuldan 2 gün sonra, icra başçısı dövlət qayğısından irəli gələn hədiyyəni vətəndaşa evində verib, onu Ramazan bayramı və 28 May – Respublika Günü münasibəti ilə təbrik edib. Karantin qaydalarına əməl olunaraq təşkil edilmiş yeni görüş zamanı rayon sakini qısa zamanda dövlət tərəfindən göstərilən köməyə görə təşəkkürünü bildirib. O, fiziki fəaliyyətinin məhdudluğu ilə əlaqədar hər ay dövlətdən aldığı təqaüdə görə də məmnunluğunu diqqətə çatdırıb.

Keçidlər