Şriftin ölçüsü :

Saytın rəngi :

Qanunsuz çəpərlərin söküldüyü növbəti kənd: Hapıtlı - VİDEO

27 may 2020 | 16:00

İsmayıllının qanunsuz zəbt olunmuş örüş sahələrində çəpərlərin söküntüsü Hapıtlı kəndində də müşahidə olunur. İşlər bələdiyyə və İcra nümayəndəliyinin rəhbərliyi, yerli camaatın iştirakı ilə həyata keçirilir.

Hapıtlıda ümumən 180 hektara yaxın örüş sahəsi var. Onun 4 hektara yaxın hissəsi qanunsuz zəbt edilib. Hazırda çəpərlərdən azad edilən sahələr əhalinin ümumi istifadəsinə qaytarılır. Söküntü işlərinin yaxın günlərdə tamamlanacağı gözlənilir.

Keçidlər