Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda velosipedlərin istehsalı uğurla davam edir - VİDEO

29 may 2020 | 16:00

İsmayıllının "İSMA BIKES" zavodu gün ərzində 100-150 velosiped istehsal edir. Onlar 120 manatdan 3000 manatadək qiymətlə yerli bazara çıxarılır. Müəssisə 2016-cı ildə fəaliyyətə başlayıb, 50-ə yaxın modeldə istehsalat gedir. İndiyə qədər 7500 məhsul hasil olub. Zavod həftədə beş gün olmaqla gündəlik 9 saat fəaliyyət göstərir. Hazırda burada 30 işçi karantin qaydalarına əməl edərək çalışır.

Zavodun rəhbəri Xudat Hüseynov bildirir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtda velosiped yollarının salınması istehsal həcminə müsbət təsir göstərə bilər.

Keçidlər