“Virtual əlaçı” layihəsinin qalibi İsmayıllı məktəblisi oldu.
Pandemiya dövründə şagirdlərin təhsilində fasilələri məhdudlaşdırmaq üçün distant təhsil proqramlarından geniş istifadə edilir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi qısa müddətdə “Teledərs”, “Virtual məktəb” layihələrini həyata keçirməklə yaranan boşluğu qismən də olsa doldurmaq istiqamətində böyük işlər görür. Müəllimlər müxtəlif tətbiq proqramları ilə şagirdləri öyrətməyə çalışırlar.
Təqdir olunası haldır ki, “Virtual məktəb” layihəsinə rayonun ümumtəhsil məktəblərinin 80 faizə yaxın şagirdi mütəşəkkil şəkildə qoşulub. Şagirdlər proqram materiallarını onlayn qaydada yerinə yetirir. Təhsil Nazirliyi keçirdiyi “Virtual məktəb” layihəsinin davamı olaraq həftəlik “Virtual əlaçı” layihəsini təqdim edir və qalibləri müəyyənləşdirir. Layihədə rayonumuzun şagirdləri də aktiv iştirak edirlər.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Virtual əlaçı” müsabiqəsinin VI həftəsinin qalibi İsmayıllı şəhər 3 saylı məktəb liseyinin 6-cı sinif şagirdi Əhmədli Aynur İlqar qızı layiq görülüb. Aynur Əhmədli dərs əlaçısı, məktəb tədbirlərinin fəal iştirakçısıdır. O, təhsil aldığı müddətdə bir çox uğurlar qazanmışdır. Aynurun son uğuru məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, fəxri fərmanla təltif olunmuşdur.