Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı yaylaqlarına köç başlayıb - VİDEO

03 iyun 2020 | 16:00

Yay fəslinin yaxınlaşması ilə əlaqədar çobanlar İsmayıllı yaylaqlarına üz tutub. Onlar dağlara doğru hərəkət edir.

Ağcabədidən gələn Elman Yusubov 55 baş iri, 335 baş xırda buynuzlu heyvana çobanlıq edir. O, digər çobanlarla İsmayıllının Muluğ kəndindəki "qırxbulaq" yaylağına gedir. Yeddi gündür yolda olduğunu söyləyən çoban çöllərdə qarşılaşdığı maraqlı hadisələr barədə təəssüratlarını bölüşür. Gecələri yol kənarında çadırda keçiridiklərini deyir. O, sentyabrın sonlarınadək yaylaqda qaldıqdan sonra qışlağa qayıdacaqlarını qeyd edir.

İmişlidən gələn İsgəndər Xəlilovun 600 baş xırda, 70 baş iri buynuzlu heyvanı, həmçinin 8 dəvəsi var. On gündür çöllərdə olan çoban və köməkçiləri İsmayıllının Ərəgit kəndindəki “Kəkal” yaylağına gedir. O da digər köç sahibləri kimi üç-dörd ay yaylaqda qalacağını deyir.

Hər il Ağcabədi və İmişlidən əlavə, Hacıqabul, Şirvan, Kürdəmir, Zərdab və digər rayonlardan İsmayıllıya, təqribən, 110 sürü gəlir. Onlar ümumən 150-180 min xırda, 10 minə yaxın iri buynuzlu, 50-dən çox dəvədən ibarət olur.

Rayon icra hakimiyyəti və digər əlaqədar qurumlar sürülərdə zoobaytarlıq tədbirlərinin aparılması və heyvanların zoogigiyenik baxımdan təhlükəsiz şəraitdə yay otlaqlarına çıxarılmasına nəzarət edir.

 


 

Keçidlər