Qadın fermerlәrә dәstәk imkanları müzakirә olunub
İsmayıllı rayonu kənd təsərrüfatı sahəsində çalışan qadınlara dəstək üçün təşkil olunmuş onlayn toplantıya qoşulub. Kənd Təsərrüfatı Nazirliyinin “AFAQ — Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsi çərçivəsində keçirilən tədbirdə tərəfdaşlıq imkanları müzakirə edilib. Virtual görüş zamanı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, Nazirliyə tabe olan “Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin üzvü Leyla Məmmədova və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının qeyd olunan layihə üzrə işçi qurupu iştirak edib.
Virtual toplantı zamanı aqrar sahədə qadınların rolundan bəhs olunub, fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər haqqında danışılıb.
Layihədən məqsəd aqrar sahədə çalışan qadınlara dəstək olmaq, gender bərabərliyinin təmin edilməsi, regionlarda məşğulluğun artırılması və sosial rifahın yüksəldilməsinə töhfə verməkdir.