Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı şagirdləri beynəlxalq fotomüsabiqənin qalibi olub

08 iyun 2020 | 16:00

İsmayıllının bir qrup şagirdi “Pəncərəmdən açılan mənzərə” adlı beynəlxalq onlayn fotomüsabiqənin qalibidir. Təhsil Nazirliyinin dəstəyi və Bakı şəhər 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş müsabiqəyə Azərbaycandan əlavə 13 ölkə, o cümlədən ABŞ, İngiltərə, Rusiya, Almaniya, Türkiyə İsveç və digərlərindən məktəblilər qatılıb.
Ümumən 200-dən çox iştirakçı 450-yə yaxın fotoşəkil təqdim edib.

Nominasiyalar 3 yaş qrupunu əhatə edir. Münsiflər heyəti 225 fotoşəkili qiymətləndirib, 108 iştirakçı I, II, III və həvəsləndirici yerlərə layiq görülüb.
Qaliblərin adları aşağıda təqdim olunur:

I yer üzrə: İsmayıllı şəhər 1 saylı tam orta məktəbin 2-ci sinif şagirdi Aydan Məmmədova.

II yer üzrə: İsmayıllı şəhər 1 saylı tam orta məktəbin5-ci sinif şagirdi Şəms Məmmədova və şəhər 5 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Bahar Məmmədli.

III yer üzrə: Qoşakənd kənd tam orta məktəbin 10-cu sinif şagirdi Vüsal Səmədov.

Həvəsləndirici yer üzrə: Qoşakənd kənd tam orta məktəbin 2-ci sinif şagirdi Lamiyə Abdullayeva, Talıstan kənd tam orta məktəbin 8-ci sinif şagirdi Cəmilə İsmayılova və 2-ci sinif şagirdi Şəmsəddin Səfərli.

Layihədən məqsəd koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimində uşaqlara dəstək olmaq, onların asudə vaxtlarının səmərəli keçirilməsini təmin etməkdir və dünya uşaqları arasında dostluq əlaqələrinin qurulmasına kömək etməkdir.

Keçidlər