İsmayıllıda 2 gün sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq
İsmayıllıda 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi nəzərdə tutulur. Bu, Nazirlər Kabinetinin 9 iyun 2020-ci il tarixli, 196 nömrəli qərarından irəli gəlir.
Qərar yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədi daşıyır. Xüsusi karantin rejiminin sərtləşdirilməsi İsmayıllıdan əlavə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, Salyan, Kürdəmir və Yevlaxda da tətbiq olunacaq.
İsmayıllı Rayon İcra Hakimiyyəti əhalini sağlamlığımızın qorunması naminə qərardan irəli gələn tələblərə riayət olunmasının məcburiliyini nəzərə almağa çağırır.
Nazirlər Kabinetinin qərarının tam mətnini təqdim edirik: