Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda əhaliyə koronavirusla əlaqədar təlimat vərəqləri paylanır

12 iyun 2020 | 16:00

İsmayıllı rayonunun bütün yaşayış məntəqələrində maarifləndirici posterlər yapışdırılır, flayerlər paylanır. Təlimat materiallarında 2 metr məsafə saxlamaq, maska taxmaq, əl ilə görüşməmək, öskürəndə ağızı tutmaq, ictimai nəqliyyatdan mümkün qədər istifadə etməmək, ehtiyac olmadıqda evdən çıxmamaq və digər tövsiyyələr verilir. Parça maskanın hazırlanması və ondan istifadə qaydaları da təlimatda yer alır.

Flayerlər əhalinin çoxluq təşkil etdiyi məkanlarda, o cümlədən küçə, park, ictimai nəqliyyat və dayanacaqda paylanır. İdarə, müəssisə və evlərə də verilir. Posterlər bankomatlara, iaşə obyektlərinin qapı və pəncərələrinə yapışdırılır.

İşlər icra nümayəndəlikləri və gənc könüllülər tərəfindən həyata keçirilir. Tәşәbbüs çәrçivәsindә 24 min flayer, 5 mindәn çox posterdən istifadə olunması nəzərdə tutulur.

Xatırladaq ki, İsmayıllıda 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunacaq. Bu müddətdə sakinlərin yaşayış yerlərini tərk etmələri qadağandır.

Keçidlər