Şriftin ölçüsü :

Saytın rəngi :

2019-2020-ci dərs ilinin başa çatması  münasibətilə rayon icra hakimiyyəti  başçısı Nahid  Bağırovun təbriki

12 iyun 2020 | 16:00

Hörmətli  təhsil işçiləri, әziz şagirdlər!


Xalqımızın ümummilli lideri Heydər Əliyev böyük uzaqgörənliklə deyib: “Təhsil millətin gələcəyidir”. Tarix sübut edib ki, təhsildə inkişaf olmadan millətin və dövlətin tərəqqisi mümkün deyil. Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Respublikamızda geniş quruculuq işləri aparılır, xalqın həyat səviyyəsinin  yüksəldilməsi istiqamətində  mühum proqramlar  həyata  keçirilir. Bu  baxımdan təhsil sahəsində görülən  işlər diqqətəlayiqdir.

Məktəblilərimizin  son zəng  tədbirinin təntənəli şəkildə keçirmələri üçün haqqları vardır. Lakin koronavirus infeksiyasının   yayılması səbəbindən tədbirləri onlayn formada keçirməyə məcburuq. İnanırıq ki, yaxın vaxtlarda infeksiyanın qarşısı  alınacaq, digər sahələrdə olduğu kimi təhsil sahəsində  də geniş tədbirlərin keçirilməsi  mümkün olacaqdır.

Məktəblərdə tədris müvəqqəti  dayandırılsa da, müəllimlərimiz dərslərini onlayn qaydada   davam etdirməklə fədakarlıq nümunəsi göstərmişlər. Fürsətdən istifadə edib belə müəllimlərə minnətdarlığımı bildirirəm.

Rayonda  tədris ili ərzində 46 tam orta, 21 ümumi orta və 9 ibtidai  məktəb fəaliyyət göstərmişdir. Şagirdlərin ümumi sayı 12136, XI  sinif şagirdlərinin sayı 717 nəfər  olmuşdur. Rayonda 2 məktəbdənkənar  təhsil müəssisəsi- Uşaq Gənclər  İnkişaf  Mərkəzi  və Uşaq Gənclər İdman Şahmat Məktəbi fəaliyyət göstərmişdir.

Məktəblilərimiz  və məzunlarımız uğurlu nəticələri ilə bizləri sevindirirlər. Təhsildə  qazandıqları yüksək nəticələrə görə son 5 ildə rayon  ümumtəhsil  məktəblərinin 8 nəfər məzunu qızıl medala,  4 nəfər  məzunu isə gümüş medala  layiq   görülmüşdür.

Tam orta təhsili bitirən  məzunlarımızın 546 nəfəri ali məktəblərə tələbə qəbulu imtahanlarında iştirak etmiş, 384 nəfər  uğur qazanaraq ali məktəblərə  qəbul olmuşdur. Onlardan 81 nəfər 500-dən, 15 nəfər isə 600- dən yüksək bal toplamışdır. Orta ixtisas təhsili müəssisələrinə qəbul olanların  sayı 167 nəfər olmuşdur.

Tələbə qəbulu imtahanalrında qazandıqları ən yüksək nəticələrə görə son illərdə rayon ümumtəhsil məktəblərinin 16 nəfər məzunu  Prezident  təqaüdünə layiq görülmüşdür.

Rayon məktəbləri və ayrı-ayrı müəllimləri Respublika səviyyəsində keçirilən müsabiqələrdə uğurlu nəticələr  qazanmışlar.

Azərbqycan Respublikası  Prezidenti  cənab İlham   Əliyevin Sərəncamı ilə  keçirilən  “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsində rayonumuzun 22 məktəbi, “Ən yaxşı müəllim”  müsabiqəsində isə 26 müəllim qalib gəlmişdir. Bu Respublikanın  kənd rayonlarının  nəticələri arasında ən yüksək nəticə olmuşdur.  Respublika Prezidenti cənab  İlham Əliyevin Sərəncamı ilə keçirilən Təhsildə  inkişaf  və innovasiya üzrə qrant layihələri müsabiqəsinin 3 mərhələsində 1 məktəbimiz, 11 nəfər müəllimimiz qalib gəlmişdir. İnanırıq  ki, rayonun  təhsil uğurları bundan  sonra daha da yüksələcəkdir.


Əziz şagirdlərimiz!

Dərs ilinin başa çatması  münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Sizlərə  möhkəm, can sağlığı və yeni- yeni təhsil uğurları  arzulayıram.

Keçidlər