Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllılar yüksәk mәsuliyyәt nümayiş etdirir

15 iyun 2020 | 16:00

Bu gün İsmayıllıda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqinә başlanılıb. Saat 00:00-da qüvvәyә minmiş qaydalara görә, rayonun bütün yaşayış mәntәqәlәrindә insanların evlәri tәrk etmәlәri qadağandır. Әhali, hәmçinin polis vә tibb işçilәri Nazirlәr Kabineti yanında Operativ Qәrargahın 9 iyun 2020-ci il tarixli, 196 nömrəli qәrarına әmәl edәrәk yüksәk mәsuliyyәt nümayiş etdirir.

Sәrtlәşdirilmiş xüsusi karantin rejimi yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədi daşıyır. İyunun 16-sı saat 06:00-dək davam edәcәyi nəzərdə tutulur.

Xüsusi karantin rejiminin sərtləşdirilməsi İsmayıllıdan əlavə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, Salyan, Kürdəmir və Yevlaxda da tətbiq olunur.

Keçidlər