15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür
15 iyun 2020 | 16:00
Bu gün — 15 iyun Azərbaycan xalqının həyatında ən böyük əhəmiyyətli günlərdən biri, Milli Qurtuluş Günüdür. 1993-cü il iyun ayının 15-də xalqın istəyi ilə ulu öndər, ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirib. Hәmin tarix xalqımız tərəfindən dövlətimizin qurtuluş günü kimi qeyd olunur. Vətənini, xalqını sevən, çətin vә ağrılı günlərin dəhşətlərini yaşamış, hadisələrin canlı şahidi olmuş azәrbaycanlılar üçün 15 iyun əsl qurtuluş tarixi, xalqımızın әzmkar mübarizəsinin tarixidir.