Şriftin ölçüsü :

Saytın rəngi :

26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar İsmayıllı rayonunda tədbir təşkil olunub

09 iyun 2022 | 17:59

26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində maarifləndirmə xarakterli tədbir təşkil olunub.

Tədbirdə RİH başçısı aparatının Hüquq Şöbəsinin müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun məsul əməkdaşı,  məktəb psixoloqları, QHT-nin nümayəndələri və din xadimləri iştirak edib.  Məruzəçilər tərəfindən narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtın səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Keçidlər