Şriftin ölçüsü :

Saytın rəngi :

Yubiley medalı veteranlara evlərində təqdim olunub

26 iyun 2020 | 16:00

İsmayıllının 28 sakininə “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı verilib. Medallar rayon icra hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin  əməkdaşları  tərəfindən 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr günü ilə əlaqədar təqdim olunub.

Müharibə veteranları diqqət  və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xatırladaq ki, bu il mayın 1-dә Prezident İlham Әliyev İkinci Dünya müharibəsi iştirakçılarının sözügedәn medalla təltif edilməsi haqqında sәrәncam imzalayıb.

Digәr sәrәncamla bir sıra vətəndaşa birdəfəlik yardım ayrılıb. Rayonumuzun 118 sakininə də şamil olunan sənəddə Böyük Vәtәn müharibәsində iştirak etmiş, o cümlədən həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər nəzərdə tutulub. Vәsait müharibədə iştirak etmiş şəxslər üçün 1500, digər kateqoriyalar üzrə isə 750 manat təşkil edib. İsmayıllıda birinci kateqoriyaya aid 4 vətəndaşın, digər kateqoriyalar üzrə isə ümumən 114 sakinin bank hesablarına birdәfәlik yardım vәsaiti köçürülüb.

Keçidlər