Sakinlərin növbəti onlayn qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı iyunun 30-da növbəti onlayn qəbul keçirib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və araşdırılacağı bildirilib. Müraciətlərin əsas məzmunu kəndlərdə su və elektrik təsərrüfatının yenilənlənməsi, məşğulluq,mənzil şəraitinin yaxşılaşdırılması və digər sosial problemlər olub.
Onlayn qəbulda şəhid ailəsinin üzvü, Qarabağ əlili, veteranı və məcburi köçkün kimi imtiyazlı şəxslər iştirak ediblər.
Bildiririk ki, (COVID-19) pandemiyasının Respublika ərazisində yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə dövlət orqanlarında vətəndaş qəbulları dayandırılıb. Qəbullar yalnız xüsusi hallarda onlayn keçirilir.