Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası keçiriləcək
Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. İlham Əliyevin növbəti təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək. Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünü dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi. Bu təşəbbüsü dünya dövlətlərinin dəstəkləməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Bu sözləri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhər, qəsəbə və kəndlәrdәki icra nümayəndələrinin iştirakı ilə onlayn keçirilən videokonfransda deyib.
Rayon rəhbəri qeyd edib ki, Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
Konfransda rayon rəhbəri həmçinin, nümayəndələrə ərazilərində zəbt olunmuş örüş və kolluq-örüş sahələrinin ümumi istifadəyə qaytarılmasını yerli bələdiyyələr ilə birlikdə təmin etmələri barədə tapşırıq verib. O, qeyd edib ki, nümayəndələr daim vətəndaşların problemləri ilə maraqlanıb onların həllinə çalışmaları, lazım olduqda rəhbərliyə məruzə etməlidirlər. Eyni zamanda bildirilib ki, koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə bir sıra tədbirlərin davam etdirilməsi, təbliğat-izahat işlərinin aparılması, Operativ Qərargahın müəyyən etdiyi qaydalara, tələblərə əməl olunması və bu işlərə nəzarət üçün monitorinqlərin keçirilməsinə ərazilərdəki nümayəndələr cavabdehdirlər.
Təbirdə iştirak edən nümayəndələr ərazilərində olan mövcud problemlər, və onların həlli barədə təkliflərini çatdırıblar. Rayon rəhbəri qaldırılan məsələlərin nəzarətə götürülərək araşdırılaçağını bildirib.