Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 02 iyul - “Polis günü” münasibətilə polis işçilərinə təbriki

02 iyul 2020 | 16:00

Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də xalq Cümhuriyyəti dövründə yaradılıb. Ümumilli lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildən iyulun 2-si “Polis günü” kimi qeyd olunur. Azərbaycan polisi ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş, sistemli, peşəkar kadrlardan ibarət,  güclü maddi-texniki bazası olan hüquq-mühafizə orqanıdır.  Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi sahəsində üzərlərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirirlər.


Koronavirusla mübarizədə ön cəbhədə yer alan polislərimiz böyük fədakarlıq nümunəsi göstərməklə xidməti borclarını layiqincə yerinə yetirirlər. İstər karantin rejimi dövründə, istərsə də son günlər bəzi məhdudiyyətlərin yenidən tətbiq olunduğu şəraitdə qaydalara əməl olunması, təhlükəsizliyin təmini istiqamətində uğurla fəaliyyət göstərən rayonumuzun polis heyəti virusa yoluxmaq riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən edilmiş qaydada öz səlahiyyətləri çərçivəsində müəyyən addımlar atırlar.


Əziz polis işçiləri! Sizi peşə bayramınız münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı arzulayır, qanunun keşiyində durmaq kimi çətin və şərəfli işinizdə uğurlar diləyirəm.
Bayramınız mübarək olsun!

Keçidlər