Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllının Aşıqbayramlı kәndindә qanunsuz çәpәrlәr sökülür - VİDEO

05 iyul 2020 | 16:00

İsmayıllının örüş sahələrində qanunsuz çəpərlərin söküntüsü Aşıqbayramlı kәndindә dә hәyata keçirilir. Burada 3.6 hektarlıq ərazi zəbt olunub. Hazırda onun 2.6 hektarlıq hissəsi çəpərlərdən azad edilərək əhalinin ümumi istifadəsinə qaytarılıb. Qalan hissədə işlərin yaxın günlərdə tamamlanması nəzərdə tutulur.

Xatırladaq ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən örüş sahələri, kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Torpaq məcəlləsinin 16-cı maddəsi, həmçinin “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarına görə, örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə müddətsiz ayrılıb. Bələdiyyənin ehtiyat torpaq fondunda olan örüş və biçənək sahələrinin müəyyən qismi isə qanunvericiliyə uyğun qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər.

Torpaqlardan təyinatı üzrə istifadə edilməzsə inzibati xətalar məcəlləsinin 247-ci maddəsində nəzərdə tutulduğu kimi, fiziki şəxslər 500, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilə bilər.

Cinayət məcəlləsinin 188-ci maddəsinə görə, ümumi istifadəyə verilmiş torpaq özbaşına hasarlanarsa 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Vəzifəli şəxslər tərəfindən icarə və ya mülkiyyətə verilərsə həmin insanlar 314-cü maddəyə əsasən 3 ildən 8 ilədək həbs olunur, 3 ilədək müddətə müəyyən vəzifə və ya fəaliyyət hüququndan məhrum edilir.

Keçidlər