Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda әhali “E-TƏBİB"in istifadәsi barәdә maariflәndirilir

08 iyul 2020 | 16:00

İsmayıllı gəncləri “E-TƏBİB” proqram təminatı haqqında maarifləndirici aksiya keçirib. Könüllülәr elektron sistemdәn istifadәyә dair tәlimat vәrәqlәri paylayıb.

“E-TƏBİB” koronavirusla mübarizәdә informasiya platforması rolunu oynayır. Proqram insanları ictimai yerlәrdә  "COVID-19"a yoluxmuş şəxslərin olub-olmaması barәdә xәbәrdar edir. Virus daşıyıcısı ilә tәmasda olanlara bildiriş göndәrir vә onları laborator müayinәyә dәvәt edir. Proqram təminatını “Play Market” və ya “AppStore” vasitəsilə smartfona quraşdırmaq mümkündür.

Aksiya İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

 

Keçidlər