İsmayıllı şəhidini torpağa tapşırıb
Bu gün şəhid Daşdəmirov Xəyyam Məhəmməd oğlu doğulduğu İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb. Rayonun icra hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər dövlət strukturlarının rəhbər heyətləri, həmçinin şəhidin ailә üzvlәri vә rayon sakinləri kənd qəbiristanlığında keçirilmiş dəfn mərasimində iştirak edib.
Xatırladaq ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən 2 hәrbçimiz şәhid olub. Ağır yaralanan hərbi qulluqçumuz əsgər X.Daşdəmirov da həkimlərimizin səyinə baxmayaraq şəhidlik zirvәsinә ucalıb. O, 2002-ci ildә İsmayıllıda dünyaya gәlib. Hәrbi xidmәtә 2020-ci ilin aprel ayında çağrılıb.
Allah şәhidlәrimizә rәhmәt elәsin!
İsmayıllı Rayon İcra Hakimiyyәti