Şriftin ölçüsü :

Saytın rəngi :

Elektron avadanlıqlarınıza düşmәn hücumundan ehtiyatlı olun!

16 iyul 2020 | 16:00

Məlum olduğu kimi ölkəmizdə İnternet istifadəçilərinә qarşı kütləvi hücumlara cəhd edilir. Müxtəlif metodlardan istifadə edilməklə istifadəçilər “tələyə” düşməyə sövq edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşları cari vəziyyətdə ayıq davranmağa və sadə kibertəhlükəsizlik qaydalarına əməl etməyə çağırır:

• Sosial mediada qarşınıza çıxan, telefonunuza, e-poçtunuza tanımadığınız şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil olmayın! Yaxud hər hansı faylı və ya tətbiqi yükləməyin!

• Tanımadığınız nömrələrdən gələn mesajlara etimad etməyin və cavab verməyin! Tanıdığınız mənbə olsa belə mesajın düzgünlüyünü yoxlayın!

• Sosial şəbəkə hesablarınızın təhlükəsizliyini qoruyun! Daha ətraflı: https://cert.az/news/2020/diqqetsosial-media-hesablarinizin-tehlukesizliyini-qoruyun

• WiFi şəbəkənizin təhlükəsizliyini qoruyun! Daha ətraflı: https://cert.az/news/2020/diqqet-wi-fi-sebekenizin-tehlukesizliyini-qoruyun

• Telefonunuzda istifadə edilən tətbiqlərin mənşəyinə və etibarlılığına diqqət yetirin! PicsArt kimi tətbiqləri silin! Bu kimi tətbiqlər fərdi məlumatlarınızı oğurlaya bilər!

• Hər yayılan məlumata etimad edib ani hərəkət etməyin! Əvvəlcə məlumatın düzgünlüyünü yoxlayın!

• Aldığınız hər bir bildirişə şübhəylə yanaşın və həqiqiliyini rəsmi mənbədən yoxlayın!

• Sosial media hesablarınız, cihazlarınız, internetə qoşulan bütün qurğular üçün ən sadə kibertəhlükəsizlik qaydalarına riayət edin! Unutmayın, internetə qoşulan hər bir qurğu özlüyündə kibertəhdid təşkil edir!

• Standart istifadəçi adı və parollardan, o cümlədən zəif parollardan istifadə etməyin!Təxirə salmadan, bu cür parolları dəyişin!

• Mütəmadi olaraq kiber təhlükələlər və onlardan qorunma yolları barədə özünüzü və ətrafınızdakıları maarifləndirin.

Unutmayın, hər bir hücumdan ən yaxşı müdafiə yolu məlumatlı olmaq və vaxtında tədbir görməkdir!

Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.

MӘNBӘ:
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmәti

Keçidlər