Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidentin Basqalla bağlı sərəncamı uğurla icra olunur

21 iyul 2020 | 16:00

Basqal-Sulut avtomobil yolu yenidәn qurulur. Muğanlı-İsmayıllı magistralının 17-ci kilometrliyindәn başlayan yerli əhəmiyyətli yol 10 kəndi, eləcə də Tağlabiyan, Kəlfərəc, Mücü, Zeyvə, Xankəndi və digərlərini birləşdirir. Uzunluğu 31 kilometr, eni 6 metr olacaq şosenin yenidən asfaltlanması, körpü və suötürücü kollektorların quraşdırılması nəzərdə tutulur.

İşlәr Prezident İlham Әliyevin “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə әlaqәdar imzaladığı sәrәncamda qarşıya qoyulan vәzifәlәrdәn irәli gәlir. İlkin olaraq 1.3 kilometrlik Basqal dairəvi yolunun tikintisinə başlanılıb. Yolkәnarı obyektlәrin görünüşü Basqalın tarixi görkәminә uyğunlaşdırılır.

Qəsəbənin Qoşabulaq və Dəmirçibazar küçələrinin görünüşünü korlayan qaz xətlərinin boruları yerin altı ilə çəkilir ki, bu da qoruqla əlaqədar layihənin bir hissəsidir.

Bunlardan əlavə, 17.6 hektarlıq ərazidə “Basqal” Ailə Sağlamlıq və İstirahət Kompleksi tikilir.

Xatırladaq ki, 2018-ci ildə imzalanmış sərəncamda tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılması, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsi də nəzərdə tutulur. Həmçinin, yeni iş yerlərinin açılması da xüsusi zəruri məsələlər kimi qeyd olunur.

Keçidlər