Qәlәm sahiblәri üçün onlayn tәdbir keçirilib
Bu gün İsmayıllıda 22 iyul — Milli Mətbuat Günü münasibətilə onlayn toplantı keçirilib. İcra hakimiyyəti başçısının müavini Sevil Əhmədova bir qrup jurnalist, ziyalı, veteran və gənci salamlayıb. O, icra hakimiyyətinin başçısı Nahid Bağırovun rayonumuzda fəaliyyət göstərən bütün kütləvi informasiya vasitələri işçilərini, o cümlәdən müxbirləri, veteran jurnalistləri vә digәr qələm sahiblərini 145 illik tarixə malik Milli Mətbuat Günü münasibətilə təbrik mətnini oxuyub.
Sonra, Hәsәn bәy Zәrdabinin tәsis etmiş olduğu “Əkinçi” qәzeti, onunla dünyamıza gəlmiş milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan bәhs olunub. Jurnalistlərə dövlәt tәrəfindәn göstərilən diqqət və qayğı, eləcə də onların sosial şəraiti ilə bağlı görülən işlər, hәmçinin iyunun 30-da 145 illik yubileylә әlaqәdar Prezident İlham Әliyev tərəfindən imzalanmış sərəncamın tarixi əhəmiyyətindәn danışılıb.
S.Әhmәdova yubileyin keçirilməsində karantin rejiminin tələblərinə ciddi riayət olunması zәrurәtinin də sözügedən sərəncamdan irәli gәldiyini xüsusi vurğulayıb.
Daha sonra, veteran jurnalistlər, təhsil vә səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri rayonda görülən işlər barәdә tәәssüratlarını bölüşüblәr. Ölkə başçısının fərman və sərəncamları әsasında icra olunan işlәrin kütləvi informasiya vasitələrində işıqlandırılmasının vəziyyəti, həmçinin qələm sahiblәrinin uğurlu fəaliyyətinin nəticələri haqqında fikirlər bildirilib.