Şriftin ölçüsü :

Saytın rəngi :

Neft-qaz sənayesi” işçilərinin peşə bayramı qeyd edildi

20 sentyabr 2013 | 15:00

Sentyabrın 19-da İsmayıllı rayonunda “Neft-qaz sənayesi” işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbir öncəsi xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, heykəli önünə gül dəstələri qoyulub. Daha sonra tədbir Gənclər Mərkəzində davam edib.  Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Qaz İstismar Sahəsinin işçilərini təbrik edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Məhz bu siyasətin nəticəsidir ki, ölkəmiz dünyanın ən yüksək templə inkişaf edən dövlətləri sırasında liderdir. İsmayıllı Rayon Qaz İstismarı Sahəsinin rəisi Eldar Səlimzadə, 1994-cü il sentyabrın 20-sinin müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi gün olduğunu deyib. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandığını diqqətə çatdırıb. Çıxış edənlər İsmayılının 3 kəndinə təbii qazın verilməsinin mühüm hadisə olduğunu deyiblər. Bildirilib ki, ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsindən ibarətdir. Tədbir İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət evinin “Niyal” ansambılı üzvlərinin və aşıqların ifasında konsert proqramı ilə davam edib.

Keçidlər