İsmayıllı әn yeni texnologiyalarla müasirlәşir
Azәrbaycanda ilk dəfə İsmayıllı şəhərinə smart tipli elektrik avtobus gətiriləcək ki, Günəş və külək enerjisi ilə işləyəcək. Nəqliyyat vasitəsi bio smart dayanacaqlar arasında xidmət edəcək.
Hazırda İsmayıllı şəhərinin mərkəzindəki parkın yaxınlığında bu tip 1 dayanacaq quraşdırılıb, 2-sinin də gətirilməsi nəzərdə tutulur. Dayanacaq Günәş enerjisi ilә işlәyir, ödənişsiz WiFi, USB enerji portları, tәhlükәsizlik kameraları, dezinfeksiya duşu vә sensorlu dispenseri, müxtəlif içki vә şirniyyatlardan ibarət satış aparatı, hәmçinin 8 oturacaqla təchiz edilib. Dayanacaqlar gecə avtomatik işıqlanır.
Həmçinin, smart oturacaqlar və işıq dirəkləri gətirilib ki, onlar da Günəş enerjisi ilə işləyir, WiFi ilə təchiz olunub. Bundan əlavə dezinfeksiya funksiyası bio oturacaqların da gətirilməsi nəzərdə tutulub.
Rayonun magistral avtomobil yolları üçün nəzərdə tutulan 10 metrdən yüksək işıq dirəkləri isə həm Günəş, həm də külək enerjisi ilə işləyəcək. Dayanacaqlar isə sərnişinləri şüşə örtüklə tozdan qoruyacaq.
Rayon xəstəxanasına piyadalar üçün dezinfeksiya funksiyalı bio smart keçidlər də gətirilib. Bu da günəş enerjisi ilə işləyir. Yeni avadanlıq koronavirus infeksiyasının yayılmasının azalmasına xidmət edir. Xəstəxanya gələn vətəndaşlar bu keçiddən keçməklə avtomatik dezinfeksiya olunur.
Sözügedən bütün smart texnologiyalar Azərbaycan istehsalıdır. Onları istehsal edən zavodun İsmayıllıda tikilməsi, məhsulların bütün ölkəyə yayılması planlaşdırılır.