Gənc paralimpiyaçının Beynəlxalq Gənclər Günü təbrik edilib
İsmayıllıda I qrup əlil, Paralimpiya oyunlarının qalibinə araba hədiyyə olunub. Diyallı kənd sakini Şakir Ömərov istifadə etdiyi arabanın ölçülərinin ona uyğun olmadığını bildirərək yenisi ilə əvəz olunmasına köməklik göstərilməsi barədə rayon icra hakimiyyəti başçısına ərizə ilə müraciət edib.
Dövlət qayğısından irəli gələn hədiyyə 12 avqust-Beynəlxalq Gənclər Günündə icra hakimiyyəti başçısı adından vətəndaşa evində verilib və onun bayramı təbrik edilib. Karantin qaydalarına əməl olunaraq təşkil edilmiş görüş zamanı Ş.Ömərov və valideynləri qısa zamanda dövlət tərəfindən göstərilən köməyə görə təşəkkür ediblər. Onlar, hazırda yaşadıqları mənzilin də ölkə başçısı İlham Əliyev tərəfindən verilməsini qeyd edərək minnətdarlıqlarını bildiriblər.
Ş.Ömərov istifadəsində olan digər arabanın ehtiyacı olan rayon sakininə vermək istədiyini deyib.