“Sosial bağlar”-3 layihəsinə qeydiyyat başlayıb
15 avqust 2020 | 16:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən özünüməşğulluq proqramına dəstək məqsədilə həyata keçirilən "Sosial bağlar" layihəsinə qeydiyyat başlayıb. Layihə çərçivəsində bu il daha 250 aztəminatlı ailə üçün intensiv bağ təsərrüfatları salınacaq.
İştirak etmək istəyən İsmayıllı sakinləri aidiyyəti üzrə 11 saylı Ərazi Məşğulluq Mərkəzi filialına müraciət edə bilər.
Ünvan- İsmayıllı şəhəri, Heydər Əliyev parkı
Əlaqə telefonu - (02028) 5- 12-73, 5-58-79,
email ünvanı: 11saylidma@sosial.gov.az
Qeyd edək ki, müraciət 01.09.2020-ci il tarixdə başa çatır.