Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda tütün tədarükünə başlanılıb

17 avqust 2020 | 16:00

Cari ildə rayonun 13 İnzibati Ərazi Dairəsində 30 hektarlıq sahədə tütün əkilib. Həmin sahədən  65 ton quru tütünün tədarük olunaraq təhvil verilməsi nəzərdə tutulub ki, bu da ötən ildən 5 ton çoxdur. Hal-hazıradək 6 ton quru tütün təhvil verilib.  Tədarükçülər arasında Qalınçaq və İvanovka kəndlərinin fermerləri daha fəaldır. Belə ki, İvanovka bələdiyyəsi 2172 kq quru tütün təhvil verərək proqnozu qabaqlayıb, Qalınçaq kəndinin fermerləri isə 4227 kiloqramla proqnoza 50%-dən çox əməl ediblər.

Dərilmiş tütün yarpaqlarının yaş və quru halda təhvil verilməsi davam edir. İşlərə kəndlər üzrə 80 nəfərə yaxın işçi cəlb olunub.

 

Keçidlər