Vətəndaşların nəzərinə - Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiasının Daimi Fəaliyyət göstərən İşçi Qrupunda “802” qısa telefon nömrəsi ayrılmışdır.
“Qaynar xətt” xidmətinin həftənin 5 iş günü səhər saat 9:00-dan axşam saat 18:00-a qədər fəaliyyət göstərir. Daxil olan müraciətlərin cavablandırılması və operativ qaydada qeydiyyata alınaraq baxılması üçün aidiyyəti üzrə əlaqələndirilməsi Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavininə və sektor müdirinə həvalə olunmuşdur.
#Azerbaycan #Azərbaycan #ismayilli #İsmayıllı #bizbirlikdəgüclüyük