Kartof yığımı davam edir
22 avqust 2020 | 16:00
İsmayıllıda kartof yığımı həyata keçirilir. Cari ilin yazında rayonunTalıstan, Diyalı kəndləri və şəhər ərazisində sənaye üsulu ilə 305 hektarlıq sahədə kartof əkini aparılıb. Həmin sahələrin hər hektarından 35-40 ton məhsul götürülür. Hazırda Diyallıda kartof sahəsində 200-ə yaxın işçi çalışır. İşçilər üçün daşınma xidməti də mövcuddur.
Bu günədək 6380 ton kartof yığılmışdır. Ümumilikdə rayon ərazisində 970 ha kartof əkini aparılmışdır.
Qeyd edək ki, bütün texnikalar Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vasitəsilə kreditlə götürülmüşdür ki, bunun da nəticəsində əl əməyindən istifadə azalmışdır.