Heydər Əliyev prospektində bina təmir olunur
23 sentyabr 2013 | 15:00
Bir neçə il bundan əvvəl Heydər Əliyev prospektində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş binanın təmirə ehtiyacı yaranmışdı. Bununla bağlı işlərə başlanılmışdır. Artıq 220 m2 dam örtüyü, 32 balkon təmir olunub. Bundan başqa 920 m2 fasad yeni hala gətiriləcək, 85 m məsafədə kanalizasiya xətti təzələnəcək, yağış sularının binadan kənarlaşdırılması məqsədilə 35 m uzunluğunda drenaj xətti çəkiləcəkdir.
Təmir işləri digər binaları da əhatə edəcəkdir.