İsmayıllıda "Təmizlik günü" keçirildi
İsmayıllıda "Təmizlik günü" keçirildi
22 avqust ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi üçün rayonunun bütün yaşayış məntəqlərində "Təmizlik günü" elan edilmişdir.
Bu məqsədlə Rayon icra Hakimiyyətinin İƏD üzrə nümayəndəlikləri və bələdiyyələrin təşkilatçılığı ilə ərazilərdə iməcilik təşkil edilmişdir.
Tədbirin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyəti ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq, həmçinin, yaşayış məntəqələri və magistral yol kənarlarında təmizlik işlərinin görülməsi, şəhər, qəsəbə və kəndlərin daxilində olan məişət tullantılarının aradan qaldırılması olmuşdur.
Ümumilikdə 1000 nəfərdən artıq insanın qoşulduğu iməciliklər 50-ə yaxın, ərazicə böyük yaşayış məntəqələrini əhatə etmişdir.