Kəndlərdə su təminatı gücləndirilir - VİDEO
İsmayıllı rayonunun Kürdmaşı, Talış, Qalagah, Mollaisaqlı, Ruşan və Sumağallı kəndlərində əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Mollaisqalı və Qalagah ərazisində olan subartezian quyularında əsaslı təmir işləri görülüb, əlavə nasoslar quraşdırılıb. Ruşan və Sumağallı da su təminatının daha da yaxşılaşdırılması üçün yeni su xəttləri çəkilib, qəzalı vəziyyətdə olanlar isə dəyişdirilib.
Bundan əlavə Talış kənd qəbirstanlığının yolu genişləndirilib, yola çınqıl döşənib və yeni körpü salınıb. Kürdmaşı da isə qaz boruları və Pirimli məhəlləsində su xəttləri yenilənib.
Rayonun kəndlərində su təminatı ilə bağlı layihələr davam edəcək.
Məsələyə dair videoreportajı təqdim edirik: