Şriftin ölçüsü :

Saytın rəngi :

27 aprel 2023-cü il tarixdə Göyçay rayonunda “Şahin” hərbi idman oyunu üzrə keçirilən zona yarışında İsmayıllı komandası (Diyallı kənd tam orta məktəb) I yer tutaraq finala vəsiqə qazanıb

28 aprel 2023 | 12:24

Göyçay rayonunda “Şahin” hərbi idman oyunu üzrə keçirilən zona yarışında İsmayıllı komandası (Diyallı kənd tam orta məktəb) I yer tutaraq finala vəsiqə qazanıb.

Zona yarışında Mərkəzi Aran İqtisadi rayonu üzrə Mingəçevir şəhəri, Ağdaş, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları, Dağlıq Şirvan iqtisadi rayonu üzrə Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları, eləcə də Şəki şəhəri iştirak edib.

Qalibiyyətlə geri dönən komanda İsmayıllı rayon Mərkəzi Meydanda qarşılanmışdır.

İsmayıllı rayonunu zonada layiqincə təmsil etdiyinə görə komandaya təşəkkürümüzü bildirir və final mərhələsində qalibiyyət arzulayırıq.

Keçidlər