Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr-Anım Günü ilə əlaqədar “Azaddır Vətənim” adlı tədbir keçirilib

26 sentyabr 2025 | 17:40

Bu gün Heydər Əliyev adına Mədəniyyət Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin və  DŞRMİ-nin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 27 sentyabr-Anım Gününə həsr edilmiş “Azaddır Vətənim” adlı tədbir keçirilib.

Tədbirdə RİH-nin əməkdaşları, idarə, müəssisə rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 44 günlük Vətən müharibəsinə həsr edilmiş qısa filmə baxılıb.

Tədbirdə çıxış edənlər Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqdan, həmrəylikdən danışıb, şəhidlərin keçdiyi şərəfli döyüş yoluna nəzər salıblar.

Tədbir Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin Xalq teatrının hazırladığı “Azaddır Vətənim” adlı ədəbi-bədii kompozisiya ilə davam edib.

Keçidlər