Şriftin ölçüsü :

Saytın rəngi :

“27 Sentyabr - Anım Günü” nə həsr olunmuş “27 Sentyabr – Şəhidlərin izi ilə” mövzusunda esse müsabiqəsi keçirilib

25 sentyabr 2025 | 15:07

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi, İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “27 Sentyabr - Anım Günü” nə həsr olunmuş “27 Sentyabr – Şəhidlərin izi ilə” mövzusunda esse müsabiqəsi keçirilib.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin, İsmayıllı rayonu üzrə Təhsil sektorunun əməkdaşları və məktəbli şagirdlər iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin  əziz xatirəsini yad etmək,  yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinin  gücləndirilməsi və onların vətənə sədaqət ruhunda tərbiyələndirilməsi, şagirdlərin yazı bacarıqlarının inkişaf  etdirilməsi olmuşdur.

Müsabiqənin qalibləri müəyyən olunduqdan sonra I,II,III yerin sahibləri Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılacaqlar.

Keçidlər