Şriftin ölçüsü :

Saytın rəngi :

Onlayn "Nümayəndə günü" keçirilib

31 avqust 2020 | 16:00

İƏD (inzibati ərazi dairəsi) üzrə nümayəndələrin iştirakı ilə növbəti "Nümayəndə günü" keçirilib. “Zoom” proqramı üzərindən onlayn təşkil olunan iclas İsmayıllı RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin 2020-ci ilin ikinci yarısı üçün nəzərdə tutulmuş iş planına uyğun olaraq baş tutub.

Gündəliyə uyğun olaraq üzrə İƏD üzrə nümayəndəliklərdə əmək intizamı, kargüzarlığın aparılması, vətəndaşların müraciətlərinə baxılması, ərazilərin sosial problemlərinin müəyyən edilməsi və onların həlli, eləcə də əkin mövsümünün başlanması ilə əlaqədar tədbirlərin görülməsi kimi məsələlər nümayəndələrin diqqətinə çatdırılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib. 

Həmçinin iclasda “COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarlarının icrası, ərazilərdə ictimai-siyasi asayişin qorunması, informasiya təminatının gücləndirilməsi barədə tapşırıqlar verilib.

 

Keçidlər