Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük təhsil uğurlarının ünvanı - İsmayıllıda görüş

11 sentyabr 2020 | 16:00

İsmayıllıda yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı 600-dən yüksək bal toplamış 21 məzun və 1 nəfər Avropa Coğrafiya Olimpiadasının iştirakçısı ilə görüşüb. Tədbir pandemiya qaydalarına uyğun 2 mərhələdə olmaqla açıq səma altında baş tutub.

Görüşdə rayon rəhbəri uğur qazanmış gəncləri, təhsil ictimaiyyətini və valideynləri təbrik edib, onlara doğma vətənimizin daha da qüdrətlənməsi yolunda möhkəm iradə və gələcəkdə yüksək nailiyyətlər arzulayıb. O bildirib ki, təhsil hər bir ölkənin və rayonun sosial iqtisadi inkişafında əsas yer tutur. Ulu öndər Heydər Əliyevin dediyi kimi “Təhsil millətin gələcəyidir”. Bu gün Prezidentimiz cənab İlham Əliyev və ölkəmizin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsilimiz uğurla inkişaf edir. Sevinirəm ki, sizin kimi gənclərin sayəsində İsmayıllı təhsili hər zaman ön sıralarda dayanır.


Sonda rayon icra hakimiyyətinin dəyərli hədiyyələri tələbə gənclərə təqdim edilib, müvafiq diplomlarla təltif olunub. Onlarla xatirə şəkli çəkilib.
Məzunlar onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon icra hakimiyyətinə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər